Avqust 24, 2026
Baku
Dünya Xəbərlər

ABŞ-da hərbi helikopterin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb

ABŞ-ın Texas ştatında hərbi helikopterin qəzaya uğraması nəticəsində iki pilot həyatını itirib.

Bell dairəsi Şerif Ofisinin yaydığı açıqlamada bildirilib ki, Fort Hud hərbi bazasından havaya qalxan AH-64 Apache tipli helikopter Salado şəhəri yaxınlığında tarlaya düşüb.

Açıqlamada helikopterdə olan iki pilotun qəza nəticəsində həyatını itirdiyi qeyd olunub.

Qəzadan sonra ərazidə böyük yanğın baş verdiyi bildirilib. Yanğının söndürülməsi üçün hadisə yerinə müvafiq xidmətlərin cəlb edildiyi qeyd olunub.

Yerli rəsmilərin sözlərinə görə, helikopter qəzaya uğrayarkən hər hansı binaya və ya tikiliyə çırpılmayıb. Helikopter boş bir tarlaya düşdükdən sonra alovlanıb.

Fort Hud hərbi bazasının rəhbərliyi də qəzaya uğrayan hava gəmisinin AH-64 Apache hücum helikopteri olduğunu təsdiqləyib.

Baza komandanı briqada generalı Ethan Diven bildirib ki, hazırda əsas prioritet yanğının davam etdiyi ərazinin təhlükəsizliyini təmin etməkdir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az