Oktyabr 20, 2026
Baku
Dünya Xəbərlər

Qadın eyni lotereya biletindən iki ədəd aldı, hər ikisi ona böyük uduş gətirdi

ABŞ-nin Merilend ştatının sakini iki uğurlu lotereya bileti sayəsində 100 min dollar (170 000 AZN) qazanıb.

Gundelik.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.

Qadın bəxtini sınamaq qərarına gələrək eyni lotereya biletindən iki ədəd alıb və yanılmayıb. Belə ki, biletlərin hər biri ona 50 min dollar qazandırıb.

Qalib qadının sözlərinə görə, uduş xəbərini avtomobil idarə edərkən öyrənib. O, o qədər təəccüblənib ki, maşını saxlamalı olub. Qadın sakitləşmək və baş verənləri anlamaq üçün bir qədər vaxta ehtiyac duyduğunu bildirib.

Şanslı qalib qazandığı pulun bir hissəsini evinin abadlaşdırılmasına sərf edəcəyini deyib.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin Cənubi Karolina ştatının sakininin lotereyada ardıcıl 50 dəfə udduğu barədə məlumat yayılmışdı. O, intuisiyasına güvənərək eyni biletdən 50 ədəd aldığını bildirmişdi.

Nuri
Gundelik.az