ABŞ Milli Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Devid Qruş yadplanetlilərin okeanda nəhəng sualtı baza inşa etdiklərini bildirib.
Gundelik.az xəbər verir ki, o, sirli obyekt haqqında Joe Rogan Experience podkastında danışıb.
Qruşun sözlərinə görə, ABŞ-nin ali hərbi komandanlığı yadplanetlilərə məxsus ən azı bir sualtı bazadan xəbərdardır.
“Aydındır ki, haradasa müəyyən bir əməliyyat bazası mövcuddur. Onun nə vaxt orada yarandığını bilmirəm. Ölçüsünə görə bir neçə şəhər məhəlləsi ilə müqayisə edilə bilər”, – deyə keçmiş kəşfiyyatçı bildirib.
O, həmçinin deyib ki, naməlum obyektlər daim bu bazaya gəlib-gedirlər. Qruşun sözlərinə görə, əldə etdiyi məlumatlar məxfi sənədlərə, məxfilikdən çıxarılmamış videoyazılara və məlumat verən şəxslərin ifadələrinə əsaslanır.
O əlavə edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrindəki əlaqələri bu obyekti və onun ətrafındakı fəaliyyəti rejissor Ceyms Kemeronun fantastik filmi “Abyss” (“Uçurum”) ilə müqayisə edirlər.
“Sualtı əməliyyatlarla əlaqəli insanlar, bu sahədən tanıdığım şəxslər mənə daim deyirlər: “Bilirsən, Deyv, “Uçurum” demək olar ki, sənədli filmdir’”. Mən də deyirəm: “Vay!””
Qruş sözlərini belə yekunlaşdırıb.
Bundan əvvəl televiziya aparıcısı və paranormal hadisələri araşdıran Cek Osborn ABŞ prezidenti Donald Trampın okeanlarda yaşayan yadplanetlilərə inandığını bildirib. Osbornun iddiasına görə, bu məlumatı ona Trampın yaxın çevrəsindən olan şəxslərdən biri verib.
Nurəddin Abdullayev
Gundelik.az
