Avropa Mərkəzi Bankı (AMB) 2002-ci ildən bəri dövriyyədə olan avro əskinaslarını daha təhlükəsiz, davamlı və inklüziv etmək məqsədi ilə yenidən dizayn prosesinə başlayıb.
Gundelik.az bu barədə dünya mediasına istinadən xəbər verir.
Qeyd edilib ki, Avropa İttifaqına üzv 27 ölkədən 21-də rəsmi valyuta kimi istifadə edilən avro, 1 yanvar 1999-cu ildə rəqəmsal valyuta kimi qüvvəyə minib və 1 yanvar 2002-ci ildə gündəlik həyatda banknot və sikkə kimi istifadə olunmağa başlayıb.
Hazırda avro 21 Aİ üzv dövlət tərəfindən istifadə olunur: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İrlandiya, İspaniya, İtaliya, Kipr Respublikası, Latviya, Litva, Lüksemburq, Malta, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan və Xorvatiya.
“Avropa Valyutası”, “ECU” və “avro” kimi də adlandırılan avrodan 357 milyondan çox insan istifadə edir. ABŞ dollarından sonra dünyanın ikinci ən vacib ehtiyat valyutası olan avro beynəlxalq ehtiyatların təxminən 20%-ni təşkil edir.
Avro müxtəlif rəng və ölçülərdə yeddi fərqli əskinasda (5, 10, 20, 50, 100, 200 və 500), eləcə də 1, 2, 5, 10, 20, 50 sent və 1 və 2 avro dəyərində sikkələrdə mövcuddur.
Ən yüksək nominallı 500 avroluq əskinasın çapı 2019-cu ildə terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsində dayandırılıb. Buna görə də, 500 avroluq əskinas artıq gündəlik alış-veriş və ya digər əməliyyatlar üçün istifadə edilə bilməz. Bu əskinaslar yalnız bank hesablarına yatırmaq üçün istifadə edilə bilər.
yeni əskinas seriyasının hazırlanmasının əsas səbəbi saxta pulların istehsalına qarşı müdafiəni gücləndirməkdir. Yeni seriya 5, 10, 20, 50, 100 və 200 avroluq əskinasları saxlamağı planlaşdırır.
