İyul 27, 2026
Baku
Ölkə Xəbərlər

ADSEA bu işlərə 1,2 milyon manat xəcləyəcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidməti Samur-Abşeron sistemində və Xanarx kanalında qurğuların quraşdırılmasına sərf edəcəyi vəsaitin həcmi məlum olub.

Bu barədə Gundelik.az agentlikdən məlumat əldə edib.

Belə ki, Samur-Abşeron sistemində və Xanarx kanalında su sərfölçən qurğuların quraşdırılması işləri görüləcək.

Bununla əlaqədar qurum “Turnkey Pro Solutions” şirkəti ilə müqavilə bağlayıb.

Sözügedən işlərin icrasına 1 228 919 manat vəsait sərf olunacaq.