Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidməti Samur-Abşeron sistemində və Xanarx kanalında qurğuların quraşdırılmasına sərf edəcəyi vəsaitin həcmi məlum olub.
Bu barədə Gundelik.az agentlikdən məlumat əldə edib.
Belə ki, Samur-Abşeron sistemində və Xanarx kanalında su sərfölçən qurğuların quraşdırılması işləri görüləcək.
Bununla əlaqədar qurum “Turnkey Pro Solutions” şirkəti ilə müqavilə bağlayıb.
Sözügedən işlərin icrasına 1 228 919 manat vəsait sərf olunacaq.

