Rusiyanın Soçi şəhərində avtomobilin tunelin giriş divarına çırpılması nəticəsində 5 nəfər ölüb, 3 uşaq isə yaralanıb.
Gundelik.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, 42 yaşlı “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü yaş yolda sürət həddini aşdığı üçün idarəetməni itirib və tunelin giriş portalına çırpılıb.
Qəza nəticəsində sürücü və daha dörd sərnişin, o cümlədən 5, 10 və 13 yaşlı üç uşaq ölüb.
Daha üç uşaq müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.

