İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İndoneziyada 6,7 bal gücündə zəlzələ baş verib

İndoneziyanın mərkəzi hissəsində yerləşən Sulavesi adasında yerli vaxtla saat 10:27-də (Bakı vaxtı ilə 05:27) 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

Birləşmiş Ştatlar Geologiya Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri İndoneziyanın mərkəzi Sulavesi əyalətində yerləşən Palu şəhərindən 43 kilometr cənub-şərqdə olub.

Zəlzələdən sonra sunami təhlükəsinin olmadığı bildirilib.

İlkin məlumatlara əsasən, bəzi binalara ziyan dəyib.

Sakit okeanın Odlar Halqası yenidən silkələndi

Cənub-Şərqi Asiyada yerləşən ada dövləti İndoneziya tektonik plitələrin toqquşma zonasında yerləşdiyi üçün tez-tez zəlzələlərlə üzləşir. Yaponiyadan başlayaraq Cənub-Şərqi Asiya və Sakit okean hövzəsi boyunca uzanan yüksək seysmik fəallıq qurşağı “Sakit okeanın Odlar Halqası” adlanır.

Xatırladaq ki, dünən də Odlar Halqasında yerləşən Filippinlər ərazisində 6,2 bal gücündə zəlzələ qeydə alınmışdı.

İndoneziya daha əvvəl də dağıdıcı zəlzələlərin təsirinə məruz qalıb. Belə ki, 2018-ci ildə Palu şəhərində baş verən 7,5 bal gücündə zəlzələ və onun yaratdığı sunami nəticəsində 2200-dən çox insan həyatını itirmişdi.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az