İsrail qurumlarını və hərbi personalını hədəf alan kiberhücumlarda tez-tez iştirak edən İranla əlaqəli haker qrupu “Hanzala”, ABŞ-da yerləşən X şirkətinin sosial media platformasındaki hesabdan “Shayetet 13 dəniz Komando Bölməsinə” mənsun 69 İsrail əsgərinin şəxsi məlumatlarını paylaşıb.
Qrupun açıqlamasında Qəzzaya yardım daşıyan Qlobal Sumud Donanmasına hücum edən İsrail ordusu “dənizdə nifaq salanlar” kimi təsvir edilib. Hanzala şəxsiyyətləri paylaşıran hər bir İsrail dəniz personalı haqqında məlumat üçün 100.000 dollar mükafat təklif edib.
İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirə və Tel-Əviv hökumətinə müraciət edən İranla əlaqəli haker qrupu, hər bir kabinet üzvünün virtual və fiziki nəzarət altında olduğunu iddia edib.
Tel-Əviv hökuməti hələ də İsrail əsgərlərinə məxsus olduğu və ictimaiyyətə açıqlandığı deyilən məlumatların dəqiqliyi ilə bağlı rəsmi açıqlama verməyib. 9 apreldə Hanzala İsrailin keçmiş Baş Qərargah rəisi Herzi Halevinin elektron cihazlarına haker hücumu ilə əldə etdiyi gizli foto və videoları dərc etdi.
İranla əlaqəli haker qrupu əvvəllər İsrailin keçmiş baş naziri Naftali Bennetin, keçmiş ədliyyə naziri Ayelet Şakedin və Baş nazir Benyamin Netanyahunun baş müşaviri Tzachi Bravermanın telefonları haker hücumuna məruz qoyulduğunu açıqlamışdır.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN
Gundelik.az
