İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycanın neft-qaz sektorunun əsas göstəriciləri – CƏDVƏL

Bu ilin yanvar-mart aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 8 723,3 mln. manat olmaqla, əvvəlki ilin göstəricisinə nisbətən 0,7% azalıb.

Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 7 745,1,4 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 1,9% azalma deməkdir.

Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:

Fəaliyyət növlərinin adı 2026-ci ilin yanvar- mart aylarında istehsal edilib, milyon manat Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə
Mədənçıxarma sənayesi 8 723,3 99,3
Xam neft və təbii qaz hasilatı 7745,1 98,1
Metal filizlərinin hasilatı 229,3 129,2
Mədənçıxarma sənayesinin digər sahələri 51,4 110,5
Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi 697,5 119,8

Məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 6 611,9 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 9 857,9 mln. kub metr təşkil edib.

Qeyd olunur ki, əmtəəlik neft hasilatı əvvəlki ilin göstəricisi ilə müqayisədə 3,4% azalıb, əmtəəlik qaz hasilatı isə 0,7% artıb.

Xam neft və təbii qaz hasilatı üzrə əsas göstəricilər:

Məhsul növləri 2026-cı ilin yanvar- mart aylarında istehsal edilib Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə 01.04.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı
Xam neft və təbii qaz hasilatı
Xam neft (qaz kondensatı daxil olmaqla), min ton 6 629,7 96,6 273,2
ondan əmtəəlik 6 611,9 96,6 273,2
Təbii qaz, milyon kub metr 12 506,6 100,4
ondan əmtəəlik 9 857,9 100,7