İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Naxçıvan şəhərində elektrik xətləri 6,7 milyona yenilənəcək

“Naxçıvan Şəhər” yarımstansiyasından çıxan 110 kV-luq elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəzlənməsi 6,664 milyon manata başa gələcək.

Bu barədə Gundelik.az “Azərenerji” ASC-dən məlumat əldə edib.

Məlumata görə, “Azərenerji” bununla bağlı “Azconstruction” şirkəti ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, yarımstansiyadan çıxan 110 kV-luq elektrik xətləri kabel xətləri ilə əvəzlənəcək.

Müqavilənin maliyyə dəyəri 6 milyon 664 min 555 manat müəyyən olunub.