“Naxçıvan Şəhər” yarımstansiyasından çıxan 110 kV-luq elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəzlənməsi 6,664 milyon manata başa gələcək.
Bu barədə Gundelik.az “Azərenerji” ASC-dən məlumat əldə edib.
Məlumata görə, “Azərenerji” bununla bağlı “Azconstruction” şirkəti ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, yarımstansiyadan çıxan 110 kV-luq elektrik xətləri kabel xətləri ilə əvəzlənəcək.
Müqavilənin maliyyə dəyəri 6 milyon 664 min 555 manat müəyyən olunub.

