Azərbaycan Mərkəzi Bankı (AMB) “Rabitəbank” ASC-yə icrası məcburi sərəncam verib.
Gundelik.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, “Rabitəbank” kreditlərin rəsmiləşdirilməsi zamanı qüvvədə olan qanunvericiliyin pozulması faktı ilə bağlı Mərkəzi Banka yazılı bildiriş təqdim etməyib.
Bununla əlaqədar olaraq “Banklar haqqında” Qanunun 25.1.4-cü maddəsinin tələblərinin pozulmasına görə Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “Rabitəbank”a qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
Qeyd edilib ki, sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır.
