“Azərenerji” ASC Ələt Azad İqtisadi Zonasında infrastruktur işləri həyata keçirəcək.
Bu barədə Gundelik.az “Azərenerji” ASC-dən məlumat əldə edib.
Belə ki, Ələt Azad İqtisadi Zonası ətrafında yol kəsişməsinə düşən hissədə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələbinə əsasən tikilən Karqo terminalı ətrafında kabel xətlərinin tikintisi işlərinin aparılması nəzərdə tutulub.
Belə ki, bu işləri “Azərelektrik Tikinti Quraşdırma” şirkəti həyata keçirəcək.
İnfrastruktur işlərinə 7 milyon 221 min 712 manat sərf olunacaq.
