İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Kəşmirdə VPN-lərin qadağan olunması sakinlərdə psixoloji təzyiqi artırır

Hökumət mübahisəli bölgədə VPN-lərin istifadəsini iki ay müddətinə tam qadağan edib və bunun səbəbi kimi “dövlət təhlükəsizliyinə təhdidlər” göstərilib.
Basit Banday Hindistanın cənub-qərb şəhəri Pune-də yerləşən bir IT şirkətində işləyir. O, şirkətin müştərilərinin həssas səhiyyə məlumatlarını idarə edir və onların sızmasının, həmçinin kiberhücumlardan qorunmasının qarşısını alır.
Keçən ilin sonuna qədər 27 yaşlı Kəşmirli gənc bunu virtual özəl şəbəkə (VPN) vasitəsilə həyata keçirə bilirdi. VPN istifadəçilərə internet protokol (IP) ünvanlarını gizlətmək və internet üzərindən göndərilən məlunatları uzaq serverlər vasitəsilə yönləndirmək imkanı verir ki, bu da trafikin telefon operatorları və internet xidmət təminatçıları tərəfindən aşkar edilməməsinə şərait yaradırdı.
Lakin vəziyyət 29 dekabrda dəyişib. Hindistan hökuməti Hindistanın nəzarətində olan Kəşmir ərazisindəki VPN-lərin istifadəsini iki ay müddətinə qadağan edib. Qadağanın səbəbi kimi “dövlət təhlükəsizliyinə təhdidlər” göstərilib və həmçinin xidmətlərin “ictimai gərginliyi artırmaq üçün sui-istifadə edilməsi” iddia edilib.
Hökumət bildirib ki, Kəşmirdə VPN-lərin istifadəsi qanunsuz və anti-dövlət fəaliyyətləri üçün istifadə oluna bilər. Buraya qıcıqlandırıcı materialların yayılması, yanlış məlumatların paylaşılması və ictimai qaydanı pozan digər fəaliyyətlər daxildir.
Kəşmirin bütün rayonlarında inzibatçılar eyni sərəncamı veriblər. Sərəncamda belə deyilir:
“VPN-lər məlumatların şifrəli şəkildə göndərilməsinə imkan verir, IP ünvanlarını gizlədir, firewall və vebsayt məhdudiyyətlərini keçməyə şərait yaradır və həssas məlumatları potensial kiber hücumlara açıq edə bilər”.
Mənbə: Al Jazeera
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az