İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Azad edilmiş bu ərazilərin layihəsinə dəyişikliklər ediləcək

Suqovuşan qəsəbəsində və Ağdam şəhərində yaşayış layihələrinin işçi layihələrinə əlavə və dəyişikliklər ediləcək.

Gundelik.az bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.

Məlumata görə, işçi layihələrinə əlavə və dəyişiklikləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Dövlət Layihə İnstitutu həyata keçirəcək. Sözügedən işlə bağlı qurum institut ilə iki müqavilə bağlayıb.

Belə ki, Suqovuşan qəsəbəsində tikintisi nəzərdə tutulan 5 ədəd 5 mərtəbəli 2 girişli yaşayış binalarının və Ağdam şəhərində 2-ci faza üzrə məcburi köçkünlər üçün orta mərtəbəli və çoxfunksiyalı yaşayış kompleksinin işçi layihələrinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Müqavilənin ümumilikdə maliyyə dəyəri 403 min 560 manat olaraq müəyyən olunub.