İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Göygöldə yeni yarımstansiya tikiləcək – 27 milyonluq layihə

Göygöl rayonunda yarımstansiya və idarəetmə mərkəzinin tikintisi planlaşdırılır.

Gundelik.az bu barədə Azərişıqdan məlumat əldə edib.

 Belə ki, Göygöl rayonu ərazisində yeni 110/35/10 KV-luq 2X40 MVA gücündə yarımstansiya və idarəetmə mərkəzinin tikintisi, avadanlıqların quraşdırılması, 110 kV-luq “Daşkəsən 1-2” hava xəttindən budaqlanma ilə yeni yarımstansiyaya 110 kV-luq iki dövrəli hava xəttinin çəkilməsi(11,5 km) və mövcud elektrik veriliş xətlərində əsaslı təmir işləri nəzərdə tutulub.

 Bu işlərə sərf ediləcək vəsaitin 27 milyon 252 min 424 manat olaraq proqnozlaşdırılıb.