Göygöl rayonunda yarımstansiya və idarəetmə mərkəzinin tikintisi planlaşdırılır.
Gundelik.az bu barədə Azərişıqdan məlumat əldə edib.
Belə ki, Göygöl rayonu ərazisində yeni 110/35/10 KV-luq 2X40 MVA gücündə yarımstansiya və idarəetmə mərkəzinin tikintisi, avadanlıqların quraşdırılması, 110 kV-luq “Daşkəsən 1-2” hava xəttindən budaqlanma ilə yeni yarımstansiyaya 110 kV-luq iki dövrəli hava xəttinin çəkilməsi(11,5 km) və mövcud elektrik veriliş xətlərində əsaslı təmir işləri nəzərdə tutulub.
Bu işlərə sərf ediləcək vəsaitin 27 milyon 252 min 424 manat olaraq proqnozlaşdırılıb.

