İsveçrədə xizək kompleksindəki barların birində Yeni il gecəsi baş verən faciəli yanğında yanğında ölən son 16 nəfərin şəxsiyyəti bazar günü müəyyən edilib. Valaisin polis nümayəndəsi yanğının səbəbini müəyyən etmək üçün istintaqın davam etdiyini təsdiqləyib. Hadisə nəticəsində ümumilikdə 40 nəfər həyatını itirib, 119 nəfər yaralanıb.
Rəsmi şəxslər bildiriblər ki, Yeni il gecəsi Swiss Alps-da xizək kompleksindəki barda baş verən yanğında həyatını itirən 40 nəfərin şəxsiyyəti müəyyən edilib.
Hadisə İsveçrənin son illərdəki ən ağır faciələrindən biri hesab edilir. Alp ölkəsi bu həftə milli matəm günü keçirməyi planlaşdırır. Faciədə həyatını itirən 40 nəfərdən 26-sı yeniyetmədir. Onların ən gəncləri Fransadan və İsveçrədən olan iki 14 yaşlı uşaqdır. Ölənlərdən 21-i İsveçrə vətəndaşı, 7-si Fransadan, 6-sı isə İtaliyadan olub.
Mənbə: Euronews
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
