ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Venesuelaya qarşı “genişmiqyaslı zərbə” həyata keçirib və ölkənin prezidenti saxlanılıb.
Prezident Donald Trampın sözlərinə görə, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı “genişmiqyaslı hücum” həyata keçirib.
Tramp “Truth Social” platformasında paylaşdığı açıqlamada iddia edib ki, əməliyyatdan sonra Maduro və həyat yoldaşı “saxlanılaraq ölkədən çıxarılıb”. O bildirib ki, bu əməliyyat “ABŞ hüquq-mühafizə orqanları ilə birgə” aparılıb.
ABŞ şənbə günü səhər saatlarında Venesuela ərazisində hava zərbələri endirib. Bu addım venesuelalıların həftələrdir qorxduğu dramatik eskalasiya kimi qiymətləndirilir.
Fox News və CBS News daxil olmaqla, ABŞ-nin aparıcı media qurumları daha əvvəl Amerika Birləşmiş Ştatlarının Cənubi Amerika ölkəsinə zərbələr endirdiyini xəbər verib.
İlkin açıqlamasında Prezident Maduro ABŞ-i “son dərəcə ciddi hərbi təcavüzdə” ittiham edib.
Maduronun hökuməti bəyanatında bildirib: “Venesuela Amerika Birləşmiş Ştatlarının hazırkı hökuməti tərəfindən Venesuela ərazisinə və xalqına qarşı törədilmiş son dərəcə ciddi hərbi təcavüzü rədd edir, qınayır və beynəlxalq ictimaiyyət qarşısında pisləyir”.
Digər ölkələr də hücuma münasibət bildirirlər.
Mənbə: Al Jazeera
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.azetdi:
