Liviya hərbi heyətini daşıyan təyyarənin Ankarada düşməsi səbəbindən 3 günlük milli yas elan edib.
Ankara Esenboğa Hava Limanından Tripoliyə uçan və içərisində Liviya Baş Qərargah rəisi Orgeneral Muhəmməd Əli Əl-Haddadın da olduğu təyyarə hələ müəyyən edilməmiş səbəbdən Haymana rayonunun Kesikkavak kəndində dağlıq əraziyə düşüb.
Hadisə barədə məlumat daxil olan kimi bölgəyə polis, yanğınsöndürən və səhiyyə işçiləri göndərilib.
Bölgənin palçıqlı olması səbəbindən axtarışları piyada aparan qruplar təyyarənin qalıqlarını tapıblar. Ekiplerin təyyarənin qalıqları üzərindəki işləri hazırda davam edir.
Təyyarənin düşməsi ilə bağlı Ankara Baş Prokurorluğu bir baş prokuror müavini rəhbərliyində dörd prokuroru təyin edərək istintaqa başlayıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundeliki.az
