İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Şuşada 16 milyon manatlıq tikinti işləri aparılacaq

Şuşa şəhərində yaşayış binalarının tikintisi işləri davam etdirilir.

Gundelik.az xəbər verir ki, növbəti belə yaşayış binaları şəhərin D-5 massivində inşa olunacaq.

Artıq bununla bağlı Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi hazırlıqlara da başlayıb.

Burada tikintisi nəzərdə tutulan 6 ədəd 4 mərtəbəli yaşayış binasının birinci mərhələdə tikintisinə 16 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.