Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.
Gundelik.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
“Şamaxinka” adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 km-lik hissəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi saatda 100 km-dən 90 km-ə endirilib.
Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.
