İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Almaniyada inflyasiya oktyabr ayında 2,3%-ə enib

Almaniyada inflyasiya gözlənildiyi kimi oktyabr ayında 2,3%-ə qədər azalıb.

Gundelik.az xəbər verir ki, bu barədə Federal Statistika İdarəsi (Destatis) ilkin məlumatlar yayıb.

Aİ standartlarına uyğun hesablamalara əsasən, ölkədə istehlak qiymətləri oktyabrda illik müqayisədə 2,3% artıb. Sentyabrda bu göstərici 2,4% təşkil etmişdi. Beləliklə, inflyasiya göstəricisi analitiklərin gözləntilərinə tam uyğun olub.

Aylararası müqayisədə istehlak qiymətləri 0,3% artıb (sentyabrda – 0,2%). Analitiklər qiymət artımının 0,2% olacağını proqnozlaşdırırdılar.

Almaniya daxili standartları ilə hesablanan inflyasiya da illik müqayisədə 2,3%, aylıq müqayisədə isə 0,3% artıb. Ekspertlər müvafiq olaraq 2,2% və 0,2% artım gözləyirdilər.

Xidmətlər sektorunda inflyasiya bir qədər artaraq 3,4%-dən 3,5%-ə yüksəlib. Əmtəə qiymətləri 1,4%-dən 1,2%-ə, ərzaq məhsulları üzrə artım isə 2,1%-dən 1,3%-ə enib. Enerji qiymətləri isə sentyabrla müqayisədə 0,7% azalaraq, illik əsasda 0,9% azalma göstərib.

Ərzaq və enerji məhsulları istisna olmaqla inflyasiya sentyabrla müqayisədə dəyişməyərək 2,8% səviyyəsində qalıb.

Gundelik.az