Avqust ayında Avrozonada illik inflyasiya 2 faiz səviyyəsində qeydə alınıb.
Gundelik.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi avrozonaya və Avropa İttifaqına (Aİ) dair yekun məlumatları açıqlayıb.
Hesabata əsasən, inflyasiya avqustda ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz, iyul ayı ilə müqayisədə isə 0,1 faiz artıb. Bazar gözləntilərinə görə, illik inflyasiyanın 2,1 faiz, aylıq isə 0,2 faiz səviyyəsində olacağı proqnozlaşdırılırdı.
Baza inflyasiyası avqustda illik müqayisədə 2,3 faiz, aylıq isə 0,3 faiz təşkil edib. Sektorlar üzrə qiymət artımı daha çox xidmətlər sahəsində (1,44 faiz) qeydə alınıb. Bu göstəricini qida, spirtli içkilər və tütün məhsulları (0,62 faiz), enerji (0,18 faiz) və qeyri-sənaye malları izləyib.
Avqust ayında Aİ üzrə inflyasiya illik 2,4 faiz, aylıq isə 0,2 faiz olub. Ölkələr üzrə müqayisədə inflyasiya Almaniyada 2,1 faiz, Fransada 0,8 faiz, İtaliyada 1,6 faiz, İspaniyada isə 2,7 faiz artıb.
Qeyd edək ki, Avropa Mərkəzi Bankının orta müddətli inflyasiya hədəfi 2 faizdir.
Gundelik.az
