Fələstin BRİKS təşkilatına qoşulmaq üçün rəsmi müraciət edib.
Gundelik.az xəbər verir ki, bu barədə RİA Novosti-yə açıqlamasında Fələstinin Rusiyadakı səfiri Abdelhafiz Nofəl məlumat verib.
Səfir bildirib ki, ərizə təqdim olunub, lakin hələlik cavab verilməyib.
“Biz ərizə verdik, lakin bildiyiniz kimi, Fələstinin müəyyən şərtləri var. Hələ də cavab almamışıq”, – deyə Nofəl vurğulayıb.
Onun sözlərinə görə, şərtlər tamhüquqlu üzvlüyə imkan verənədək Fələstin BRİKS tədbirlərində qonaq statusunda iştirak edəcək.
Qeyd edək ki, sentyabr ayında bir sıra ölkələr – Portuqaliya, Kanada, Avstraliya, Böyük Britaniya, Belçika, Lüksemburq, Malta, Andorra və Monako Fələstin dövlətçiliyini tanıyıb. Bundan əlavə, Fransa prezidenti Emmanuel Makron BMT tribunasından Fələstinin müstəqilliyini tanıdığını bəyan edib.
Bundan öncə isə Böyük Britaniya, ABŞ Konqresindəki siyasətçilərin sabiq prezident Donald Trampdan Fələstini tanımasını tələb edəcəklərini açıqlamışdı.
BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır.
Gundelik.az
