Polşada F-16 qırıcılarının uçuşları müvəqqəti olaraq dayandırılıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Polşa Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü, polkovnik Marek Pavlak bildirib ki, qərar yalnız əməliyyat uçuşlarına şamil olunmur.
Məlumata görə, Radomda keçiriləcək “AirSHOW” hava şousu öncəsi təlim məşqi zamanı F-16 təyyarəsi qəzaya uğrayıb. Nəticədə pilot, mayor Maciej “Slab” Krakovyan həlak olub. Qəzanın ardından F-16-ların bütün təlim və qeyri-əməliyyat uçuşlarının növbəti göstərişədək dayandırılması qərara alınıb.
Pavlak qeyd edib ki, bu məhdudiyyət Polşanın hava məkanının qorunması və sərhəd patrulu üzrə missiyalara təsir göstərməyəcək. F-16 qırıcıları ölkənin hava hücumundan müdafiə sisteminin əsas hissəsi olaraq NATO öhdəlikləri çərçivəsində daimi döyüş hazırlığında saxlanılır.
Gundelik.az
