Polşa bütün F-16 uçuşlarını dayandırdı
Polşada F-16 qırıcılarının uçuşları müvəqqəti olaraq dayandırılıb. Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir. Polşa Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü, polkovnik Marek Pavlak bildirib ki, qərar yalnız əməliyyat uçuşlarına şamil olunmur. Məlumata görə, Radomda keçiriləcək “AirSHOW” hava şousu öncəsi təlim məşqi zamanı F-16 təyyarəsi qəzaya uğrayıb. Nəticədə pilot, mayor Maciej “Slab” Krakovyan həlak olub.
