Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Abşeron rayonunun Saray qəsəbəsində yeni yaşayış kompleksinin inşasına start verir.
Gundelik.az-ın məlumatına görə, 4,5 ha torpaq sahəsində 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 14 və15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binalarının tikintisi işləri aparılacaq.
Hazırda MİDA sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda MİDA görüləcək işlərin 36 311 571 manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az
