Bakıda yeni MİDA kompleksi: 36,3 milyon manatlıq tikinti start götürür
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Abşeron rayonunun Saray qəsəbəsində yeni yaşayış kompleksinin inşasına start verir. Gundelik.az-ın məlumatına görə, 4,5 ha torpaq sahəsində 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 14 və15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binalarının tikintisi işləri aparılacaq. Hazırda MİDA sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.
