İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Tramp bu ölkələri hədələdi

ABŞ Prezidenti Donald Tramp rəqəmsal xidmətlərə vergi tətbiq edən ölkələri hədələyib.

Gundelik.az-ın məlumatına görə, dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, əgər həmin ölkələr bu təcrübələrdən imtina etməsələr, onların ABŞ-yə ixracına əlavə tariflər tətbiq olunacaq, eləcə də yüksək dərəcədə qorunan Amerika texnologiyası və çiplərinin ixracına məhdudiyyətlər qoyulacaq.

Tramp vurğulayıb ki, rəqəmsal vergilər və bazarın tənzimlənməsinə dair qanunvericilik Amerika texnologiya şirkətlərinə qarşı ayrı-seçkilik məqsədi daşıyır.

“Bu qaydalar Çinin ən böyük texnologiya şirkətlərinə mane olmur, amma ABŞ şirkətlərinə zərər vurur. Buna son qoyulmalıdır”, – deyə o qeyd edib.

Prezident bəyan edib ki, Amerika texnologiya şirkətlərinə qarşı hücuma biganə qalmayacaq: “Mən rəqəmsal vergilər və qaydalar tətbiq edən bütün ölkələrə xəbərdarlıq edirəm. Əgər bu ayrı-seçkilik aradan qaldırılmasa, həmin ölkələrə ciddi tariflər tətbiq ediləcək. ABŞ artıq dünyanın bankı deyil. Amerikaya və bizim inanılmaz texnologiya şirkətlərimizə hörmət edin, əks halda nəticələri ilə üzləşəcəksiniz”.

Gundelik.az