İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

ANAMA 5,4 milyon manatlıq nəqliyyat vasitələri alır

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) 60 ədəd nəqliyyat vasitəsi sifariş edəcək.

Gundelik.az-ın məlumatına görə, ANAMA bununla bağlı müvafiq işlərə başlayıb.

Belə ki, agentlik 25 ədəd pikap tipli xüsusi təyinatlı tibbi yardım nəqliyyat vasitələri, 20 ədəd minaaxtaran itlərin daşınması üçün pikap tipli xüsusi təyinatlı nəqliyyat vasitələri, eləcə də 15 ədəd pikap-sərnişin tipli xüsusi təyinatlı nəqliyyat vasitələri alacaq.

ANAMA qeyd olunan nəqliyyat vasitələrinin alınmasının ümumilikdə 5,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Gundelik.az