İyul 8, 2026
Baku
Elm və təhsil Xəbərlər

Bu universitetdə təmir işlərinə 244,1 min manat sərf ediləcək

Azərbaycan Turizm və Menecment Universitetinin əsas tədris binasında cari təmir işləri aparılacaq.

Gundelik.az-ın məlumatına görə, bununla bağlı təhsil müəssisəi müvafiq işlərə start verib.

Universitet hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda universitet görüləcək işlərin 244 149 manata başa gələcəyinin proqnozlaşdırıb.

Gundelik.az