İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Çin Aİ-nin sanksiyalarına etiraz edib

Çin Avropa İttifaqına (Aİ) Çin şirkətlərinin Rusiyaya qarşı sanksiyaların 18-ci paketinə daxil edilməsi ilə bağlı öz ifrat narazılığını və etirazını bildirib.

Gundelik.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin bəyanatında deyilir.

Sənəddə deyilir: “Avropa İttifaqı, Çinin bəzi Çin şirkətlərinin Rusiyaya qarşı 18-ci sanksiya paketi çərçivəsində siyahıya daxil edilməsi ilə bağlı çoxsaylı danışıqlara və etirazlarına baxmayaraq (…), iki Çin maliyyə institutuna qarşı uydurma bəhanələrlə sanksiyalar tətbiq edib. Çin buna qarşı kəskin narazılığını və etirazını bildirir”.

Pekin Brüsseli Çin şirkətlərinin və maliyyə qurumlarının siyahıya alınmasının yanlış praktikasını dərhal dayandırmağa çağırıb ki, bu da Çin və Aİ arasında iqtisadi-ticari münasibətlərə və maliyyə əməkdaşlığına ciddi mənfi təsir göstərir.

Nazirlik xəbərdarlıq edib ki, Çin “Çin müəssisələrinin və maliyyə qurumlarının qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün lazımi tədbirlər görəcək”.

Aİ-nin sanksiya siyahısına Çin bankları “Suifenhe Rural Commercial Bank” və “Heihe Rural Commercial Bank”, eləcə də Çindən bir neçə şirkət daxildir.

Gundelik.az