İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Kim Çen Inın babası Yaponiyadan deportasiya edilib

Yaponiyada nəşr olunan kitabda Şimali Koreya lideri Kim Çen Inın ana tərəfdən babası Ko Gyo-taekin qaçaqmalçılıq ittihamı ilə Yaponiyadan deportasiya edildiyi və onun gənclik illərində Şimali Koreyada məskunlaşdığı iddia edilir.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, Yoji Qomi tərəfindən yazılan “Ko Yong-hui: Kim Çen Inın Anası Olan Zainiçi Koreyalı” adlı kitab Kimin həyatından bəhs edir.

Kitabda deyilir ki, əslən indiki Cənubi Koreyanın cənubundakı Jeju adasında anadan olan baba Ko Gyo-taek Yaponiyada həyat qurmağa çalışıb. Ko 1952-ci ildə Yaponiyanın Osaka şəhərində o vaxtlar Koreatown kimi tanınan “Tsuruhaşi”də anadan olub. Yaponiyada qaçaq geyim ticarəti ilə məşğul olduğu deyilən baba Ko-nun saxlanılaraq deportasiya edildiyi bildirilir.

Kitab dolanışıq imkanını tamamilə itirən Ko-nun hekayəsindən bəhs edir və Şimali Koreyanın xaricdə yaşayan koreyalıları geri dönməyə dəvət etdiyi bir vaxtda o, Şimali Koreyada yeni həyata başlamaq üçün 10 yaşlı qızı – Kimin anası Ko Yonq-hui də götürüb.

Kitabda qeyd olunur ki, ana Ko 1970-ci illərin əvvəllərində Pxenyanda “Mansudae Art Troupe”a qatılıb. Daha sonra Şimali Koreyada Kim Çen Inın atası ilə tanış olub.
Kitabda Ko Ana çox düşüncəli və bacarıqlı bir qadın kimi təsvir edilir və o, oğlunun ölkə başçısı olmasını təmin etmək üçün “şiddətli hakimiyyət mübarizələrinə girən güclü iradəli insan” kimi təsvir edilir.

Müəllif Qomi Ko kitabına Kim Çen Ina yapon dilində danışmağı və oxumağı öyrədən fotoşəkilləri də daxil edib.
Kitabdakı məlumatlar Kimin adının çəkilməsini istəməyən Yaponiyadakı qohumlarının müsahibələrinə əsaslanır.

Gundelik.az