ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşmək istədiyini açıqlayıb.
Gundelik.az xəbər verir ki, o, Yaponiyaya səfəri zamanı təyyarədə jurnalistlərlə söhbətində bu barədə danışıb.
“Əgər Kim Çen In maraqlanarsa, onunla görüşməkdən məmnun olaram. Bizim gözəl və uzunmüddətli münasibətimiz var. Mənim ondan xoşum gəlir, o da məndən xoşu gəlir”, – Tramp bildirib.
Ağ Evin “YouTube“ kanalında yayımlanan söhbət zamanı Tramp qeyd edib ki, Şimali Koreya lideri ilə Cənubi Koreyada danışıqlar aparmaq istərdi. O, Asiya səfərinin proqramına Kim Çen Inla görüşün daxil ediləcəyi barədə suala isə hələ qərar vermədiyini deyib.
Tramp, həmçinin mümkün görüş zamanı ABŞ-nin Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaların müzakirə edilə biləcəyini vurğulayıb.
Gundelik.az
