Şimali Koreya lideri Kim Çen In iki Koreyanın birləşməsi imkanını istisna edib.
Gundelik.az-ın xarici mediaya istinadən məlumatına görə, KXDR rəhbəri Ali Xalq Məclisinin iclasında çıxış edərək bildirib ki, Cənubi Koreya ilə birləşmək mümkün deyil və bu qadağa qanunla təsbit olunacaq.
“Cənubi Koreya hərtərəfli şəkildə amerikanlaşdırılmış, yarı iflic və asılı bir dövlətdir. Bu, bizə tamamilə yad ölkədir. Tarixdə düşmən dövlətlərin birləşməsi nümunəsi yoxdur”, – Kim Çen In vurğulayıb.
O, həmçinin qeyd edib ki, Cənubi Koreya rəhbərliyinin dəyişməsi də onun KXDR-ə qarşı düşmən mövqeyini dəyişmir.
Şimali Koreya lideri çıxışında ölkəsinin nüvəsizləşdirilməyəcəyini də bəyan edib: “Nüvə silahından imtina tələbləri dövlətimizin konstitusiya quruluşuna hücum deməkdir”.
Xatırladaq ki, bundan əvvəl Cənubi Koreya nüvəsizləşmə müqabilində Şimali Koreyaya qarşı sanksiyaların yumşaldılmasına hazır olduğunu açıqlamışdı.
Gundelik.az
