Bu gün səhər saatlarında Yer planetində yeni maqnit qasırğası qeydə alınıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
“Monitorlar bu səhər günəş küləyinin sürətində və temperaturunda bir qədər artım göstərib”, – məlumatda deyilir.
“Planetdə güclü xarici təsirlərin olmamasını nəzərə alaraq, hazırda maqnit sahəsi hələ də pozulsa da, fırtınanın bir neçə saat ərzində sona çatacağı gözlənilir”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, iyul ayının ilk maqnit qasırğası bir gün əvvəl, iyulun 6-da qeydə alınıb.
Gundelik.az
