Gundelik.az Xəbərlər Yerdə növbəti maqnit qasırğası oldu
Xəbərlər

Yerdə növbəti maqnit qasırğası oldu

Bu gün səhər saatlarında Yer planetində yeni maqnit qasırğası qeydə alınıb.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

“Monitorlar bu səhər günəş küləyinin sürətində və temperaturunda bir qədər artım göstərib”, – məlumatda deyilir.

“Planetdə güclü xarici təsirlərin olmamasını nəzərə alaraq, hazırda maqnit sahəsi hələ də pozulsa da, fırtınanın bir neçə saat ərzində sona çatacağı gözlənilir”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, iyul ayının ilk maqnit qasırğası bir gün əvvəl, iyulun 6-da qeydə alınıb.

Gundelik.az 

Exit mobile version