Gundelik.az Dünya Alimlər: Yer kürəsi fəlakətli dönüş nöqtəsinə çatıb
Dünya Xəbərlər

Alimlər: Yer kürəsi fəlakətli dönüş nöqtəsinə çatıb

Yer kürəsi istixana qazlarının emissiyası ilə bağlı ilk fəlakətli uçma nöqtəsinə çatıb.

Gundelik.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri 160 ölkədən 23 alimin hazırladığı hesabata istinadən məlumat yayıb.

Tədqiqatçılar bildirirlər ki, isti sulu mərcan rifləri uzunmüddətli tənəzzül riski ilə üz-üzədir və bu, artıq milyonlarla insanın qida təminatını təhdid edir. Hesabatda qeyd olunub ki, mərcan rifləri Yerdəki bütün dəniz növlərinin dörddə birinə ev sahibliyi edir və qlobal istiləşməyə ən həssas ekosistemlərdən biridir.

2023-cü ilin yanvar ayından bəri mərcan rifləri rekord səviyyədə dördüncü və ən kəskin qlobal ağartma hadisəsinin mərkəzindədir. 80 ölkədə riflərin 80%-dən çoxu ekstremal okean temperaturlarından təsirlənib.

Qəzet yazır: “Qlobal səth temperaturu 1,2°C-yə çatıb və nəticədə ən azı 1°C-yə tezliklə qayıtmasaq, isti su riflərini qorumaq mümkün olmayacaq”.

Exeter Universitetinin Qlobal Sistemlər İnstitutunun professoru Tim Lenton bildirib ki, artıq yalnız fəlakətli uçma nöqtələrindən danışmaq kifayət etmir, çünki isti su mərcan riflərinin geniş miqyasda məhv olması artıq reallıqdır.

Lenton əlavə edib: “Proqnozlara görə, 2030-cu ilə qədər qlobal istiləşmə 1,5°C-i ötəcək. Bu isə dünyanı daha da dağıdıcı uçma nöqtələri riski ilə üz-üzə qoyur”.

Alimlər xəbərdarlıq edirlər ki, gələcəkdə baş verə biləcək fəlakətlər arasında Amazon meşələrinin yox olması, böyük okean axınlarının çökməsi və buz təbəqələrinin itirilməsi də yer alır.

Gundelik.az 

Exit mobile version