Gundelik.az Xəbərlər İqtisadiyyat “Xiaomi” səhmləri ucuzlaşıb
Dünya İqtisadiyyat Xəbərlər

“Xiaomi” səhmləri ucuzlaşıb

Çinin “Xiaomi” şirkətinin səhmləri bazar ertəsi Honq-Konqda ticarət zamanı SU7 elektromobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi barədə xəbərlərin yayılması nəticəsində 7,5% ucuzlaşıb.

Gundelik.az xəbər verir ki, “Bloomberg”in Çin mediası və sosial şəbəkələrə istinadən verdiyi məlumata görə, qəzaya Çinin cənub-qərbindəki Çenqdu şəhərində rast gəlinib. Avtomobil qəza sonrası alovlanıb və bir neçə nəfər içəridəkiləri xilas etmək üçün qapıları açmağa çalışıb. Avtomobildə sürücüdən başqa kimin olduğu hələlik məlum deyil.

“National Business Daily” xəbər verir ki, sürücü avtomobildən çıxa bilməyib. Dahe Daily isə səlahiyyətlilərin qəza nəticəsində xəsarət alan və ölənlər barədə məlumat vermədiyini bildirib.

Martın sonunda SU7-lərdən biri Anhui əyalətində sürətli yolda qəzaya uğramış və Çin mediası üç nəfərin həyatını itirdiyini xəbər vermişdi. Xiaomi şirkətinin ilkin hesabatına görə, avtomobilin sürücüyə yardım sistemi qəza baş verməzdən 20 dəqiqə əvvəl işə salınıb və sürücüyə xəbərdarlıq edib. Sürücü idarəetməni bərpa etdikdən bir neçə saniyə sonra qəza baş verib.

Sentyabr ayında məlum olmuşdu ki, Xiaomi sürücüyə yardım sistemindəki problemlərə görə təxminən 116 800 SU7 standart versiyasını geri çağıracaq.

Gundelik.az 

Exit mobile version