Gundelik.az Ölkə Gəncədə qanunsuz tikili söküldü
Ölkə Xəbərlər

Gəncədə qanunsuz tikili söküldü

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Muxtar Aşurov küçəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Bu barədə Gundelik.az-a FHN-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Gundelik.az

Exit mobile version