Gundelik.az Elm və təhsil İmtahan nəticəsi zəif olanlar üçün tələbə olmaq fürsəti? – Anar Kazımovdan açıqlama
Elm və təhsil Ölkə Xəbərlər

İmtahan nəticəsi zəif olanlar üçün tələbə olmaq fürsəti? – Anar Kazımovdan açıqlama

Təhsil mütəxəssisi Anar Kazımov universitetə qəbul ola bilməyən və ya qəbul imtahanlarında arzuladığı nəticəni əldə etməyən abituriyentlərə müraciət edib.

Gundelik.az xəbər verir ki, o, bu barədə verilişlərin birində qonaq olarkən deyib.

Mütəxəssis bildirib ki, ali təhsil almaq istəyən, lakin hələ də universitetə qəbul ola bilməyən gənclər alternativ təhsil imkanlarını araşdıra bilərlər.

“Qeydiyyatdan keçən hər bir tələbə bir həftə ərzində tələbə adını qazanacaq. Hələ də universitetə qəbul ola bilməyən, imtahan nəticələri zəif olan abituriyentlər varsa, vaxt itirmədən bizə müraciət edə və mövcud imkanlar barədə ətraflı məlumat ala bilərlər. Məqsədimiz ali təhsil almaq istəyən gənclərə alternativ imkanlar təqdim etməkdir”, – deyə A.Kazımov qeyd edib.

O, diplomların tanınması məsələsinə də toxunaraq bildirib ki, bu proses müvafiq rəsmi qaydalar və tələblər əsasında həyata keçirilir.

Onun sözlərinə görə, xarici ölkələrdə təhsil almağı planlaşdıran şəxslər universitet seçimi etməzdən əvvəl təhsil müəssisəsinin statusunu, təhsil formasını və əldə edəcəkləri diplomun Azərbaycanda tanınması üçün tətbiq olunan şərtləri diqqətlə araşdırmalıdırlar.

Anar Kazımov tələbələrin təhsil müddətində qarşılaşa biləcəkləri təşkilati çətinliklərə də diqqət çəkib. O deyib ki, tələbələrin dördillik təhsil müddətində ölkəyə giriş-çıxışı ilə bağlı yaranan məsələlərin həllində, eləcə də səfərlərinin təşkilində onlara dəstək göstərilir.

“Qiyabi təhsil almaq istəyənlər üçün də imkanlar mövcuddur. Lakin bu zaman təhsil aldıqları ölkədə olma müddəti, dərslərdə və semestr imtahanlarında iştirak qaydaları universitetin tələblərinə və diplomların tanınması ilə bağlı qüvvədə olan rəsmi meyarlara uyğun olmalıdır. Qiyabi təhsil alan tələbələrin təhsil prosesində iştirakını təmin etmək üçün də müvafiq şərait yaratmağa çalışırıq. Tələbələrin ildə iki dəfə təhsil aldıqları ölkəyə səfərlərinin təşkilinə kömək göstərir, səfərlər zamanı semestr imtahanlarında iştirak etmələri üçün dəstək veririk. Xaricdə təhsil almaq istəyən abituriyentlər qərar verməzdən əvvəl universitetin qəbul şərtləri, təhsil müddəti, təhsil forması, imtahan prosedurları və diplomun tanınması ilə bağlı tələblər barədə ətraflı məlumat əldə etməlidirlər”, – deyə həmsöhbətim vurğulayıb.

Qeyd edək ki, xarici ölkələrdə əldə edilmiş ali təhsil kvalifikasiyalarının Azərbaycanda tanınması müvafiq səlahiyyətli qurumun müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir. Buna görə də tələbələr qeydiyyatdan əvvəl seçdikləri təhsil müəssisəsinin və proqramın tanınma tələblərinə uyğunluğunu müstəqil şəkildə dəqiqləşdirməlidirlər.

Nuri
Gundelik.az

Exit mobile version