İyul 8, 2026
Baku
Hüquq Mədəniyyət və cəmiyyət

Kibercinayətkarlıq nədir və onunla necə mübarizə aparmalıyıq?

Zaman dəyişir, texnologiya inkişaf edir. Bu dəyişim artıq insanlığı da öz ağuşuna almağı bacarıb. Nəzərə alsaq ki, sosial şəbəkələr milyonlarla insanın saatlarla vaxt keçirdiyi yerdir, o zaman onu yeni dünya da adlandıra bilərik. Aparılan araşdırmalara görə qlobal cəmiyyətdə əhalinin üçdə ikisi internet bağlantısına sahib, təxminən 60 faizi isə sosial şəbəkələrə üzvdür. Hətta informasiya texnologiyalarından, xüsusən də internetdən beynəlxalq asılılıq davamlı şəkildə artır.
Sual : İnsanlar kiberdünya şərtləri ilə nə qədər ayaqlaşa və öz təhlükəsizliklərini qoruya bilirlər?
İlk olaraq bilmək lazımdır ki, yaşamaq üçün təhlükəni görmək, onunla mübarizə aparacaq yolları bilmək vacibdir. Amma günümüzdə təhlükəsizlik tədbirlərinə əməl etmədən yeni dünyada yaşamağa çalışan insanların sayı-hesabı yoxdur. Kibercinayətkarlar hücum hədəflərini şəxsi maraqlarına uyğun olaraq seçirlər. Bu maraqlardan biri də dələduzluq yolu ilə pul əldə etməkdir; səxsi məlumatların oğurlanması, xaricdən pul təklifləri, uduşlar, mükafatlar, lotereyalar. Oxuduqca bəlkə də bu variantlar sizə olduqca tanış gələcək. Bəlkə də nə vaxtsa kibercinayətin qurbanı olmusunuz, bəlkə də son anda vəziyyəti başa düşmüsünüz.  Respublikamızda narahatedici və paradoksal bir vəziyyət yaranıb. Demək olar ki, hər gün vətəndaşların bank kartlarından pul vəsait kiberdələduzluq yolu ilə oğurlanır.
Sual:  Respublikamızda kiber cinayətlərin qarşısını almaq üçün hansı tədbirlər görülür? Yetəri qədər mütəxəssis varmı?
 Son 2-3 ildə ölkəmizdə bu sahədə müsbət istiqamətdə ciddi addımlar atılıb.
 Maarifləndirmə kampaniyaları güclənib,
 Kibermütəxəssislərin sayı xeyli artıb,
  İnfrastruktur müasirləşdirilib,
 Daxili İşlər Nazirliyinin  nəzdində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb və Bu Baş İdarə ilə Banklar arasında real vəziyyətdə işləyən anti-fraud system qurulub.
Daxili İşlər Nazirliyinin əməkdaşları demək olar ki, hər gün televizyada və sosial şəbəkələrdə marifləndirici çıxışlar edir , video çarxlar hazırlayırlar.
Kibercinayətkarlar hədəflərini necə seçirlər və hansı kiberdələduzluq daha sıx yaşanır?
Kartınızda pul varsa, hədəfdəsiniz. Kiber dələduzlar son dövrdə suni intelektin imkanlarından istifadə edərək ailə üzvlərinizə, dostlarınıza və yaxınlarınıza məxsus telefon nömrəsininin eynisindən , hətda eyni səs tonu ilə zəng edərək “mənə təcili 100 manat pul lazımdır” ,  “Anam xəstədir aptekdəyəm pulum çatmır , mənə təcili 50 manat lazımdır”. Əlavə olaraq kiber dələduzlar Bank və Bank olmayan kredit təşkilatlarının adından istifadə edərək kredit vermək adı ilə vətəndaşlara zəng edərək şəxsi məlumatlarını və kart məlumatlarını öyrəndikdən sonra nəinki kartında olan pul vəsaitlərini oğurlayır , hətda vətəndaşın adına Banklardan kredit rəsimləşdirərək pul vəsaitlərini də oğurlayırlar.  Son günlərdə sosial şəbəkə üzərindən mənə müraciət edən şəxslərin əksəriyyəti kiber dələduzların qurbanı olmuş şəxslərdir.  Fürsətdən istifadə edib bir daha vətəndaşlarımıza bildirirəm ki, tanımadığınız nömrələrdən gələn zənglərə cavab verməyin, kart məlumatlarınızı hər hansı bir şəxslə bölüşməyin, sosial şəbəkələrdən , whatsapp,  teleqram və digər platformalaradan gələn mesajlara , linklərə daxil olmayın. Bir mənalı şəkildə anlamaq lazımdır ki, bu cür hallar kiberdələduzluqdur.
Hüquqşunas 
Elmar İbrahimov 
Gundelik.az