İyul 8, 2026
Baku
Elm və təhsil Müsahibə

PULMONOLOQ kimdir, insanlar niyə tanımır?

Tibb sahəsi geniş və çoxşaxəlidir. Həkimlər müxtəlif ixtisaslara ayrılaraq insanların sağlamlığını qorumaq və xəstəlikləri müalicə etmək üçün çalışırlar. Ən əsas həkim sahələrinə aşağıdakılar daxildir:

  • Terapevt – ümumi daxili xəstəliklərin diaqnostika və müalicəsi ilə məşğul olur.

  • Cərrah – əməliyyatlar apararaq orqan və toxumalarda yaranan problemləri aradan qaldırır.

  • Pediatr – uşaqların sağlamlığı ilə bağlı məsələlərə baxır.

  • Ginekoloq – qadın xəstəlikləri və doğuşla bağlı problemləri müalicə edir.

  • Kardioloq – ürək və qan-damar sistemi xəstəlikləri ilə məşğuldur.

  • Nevroloq – sinir sistemi xəstəliklərini araşdırır və müalicə edir.

  • Dermatoloq – dəri, saç və dırnaq xəstəliklərini müalicə edir. və s.

Hər bir həkim sahəsi özünəməxsus bilik və bacarıq tələb edir. Həkimlər insanların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün böyük məsuliyyət daşıyırlar.

Son dövrlərdə, Covid 19 virusunun tüğyan etdiyi pandemiya dönəmində  adını tez-tez eşitdiyimiz, insanlar üçün yeni, tibdə isə çoxdan var olan həkim  sahəsi var -PULMONOLOQ

Bəzilərinin yaxşı tanıyıb  bildiyi, bəzilərinin isə hələ də bilmədiyi bu sahəyə dair fikirlərə aydınlıq gətirmək üçün, Gundelik.az saytı olaraq,  elə peşəkarın özünə – pulmunoloqa müraciət etdik. Müsahibimiz  Azərbaycan  Pulmonologiya cəmiyyətinin idarə heyəti , uzman  Dr.Nigar Əliyevadır .

Müsahibəni təqdim edirik: 

Nigar xanım, ilk olaraq deyə bilərsinizmi, kimdir pulmonoloq? 

– PULMONOLOQ– nəfəs yolları və ağciyərlə bağlı xəstəlikləri diaqnoz edən və müalicə edən həkimdir. Astma, bronxit, penvmoniya, ağciyərin xronik obstruktiv xəstəliyi, allergik tənəffüs yolu problemləri, ağciyər zərı xəstəlikləri, tənəffüs çatışmazlığı və yuxu apnoesi kimi problemlərlə məşğul olur.
Yəni,  Uzunmüddətli və ya təkrarlayan öskürək, Fiziki aktivlik zamanı nəfəs darlığı,balgamlı və ya qanlı bəlğəm ifrazı, gecə və ya yatarkən xırıltı, sinədə sıxılma hissi, ağrı, xoniki yorğunluq,  gecə nəfəs dayanması, xoruldama siqaret istifadəçilərində nəfəs pozuntuları kimi problemleriniz varsa, pulmonoloqa müraciət etməlisiniz.
Günümüzdə ABŞ, Fransa, İngiltərə, Türkiyə və diğər inkişaf etmiş ölkələrdə pulmonologhiya sahəsi geniş təçhizatlı mərkəzlər, akademik tədqiqqatlar və ixtisaslasmıs tibbii protokollarla dəstəklənir. Məsələn Türkiyədə pulmonologiya ayrı bir əsas ixtisas sahəsidir və illərdir tibb təhsilində önəmli yer tutur.
Sizcə nəyə görə bu qədər insan sağlamlığı üçün əhəmiyyətli sahəni və peşəkarını insanlar hələ də yetərincə tanımır?
–Azərbaycanda pulmonologiya hələ də kifayət qədər tanınmır, çünki uzun illər bu sahə yalnız vərəm xəstəlikləri ilə – ftiziatriya ilə – əlaqələndirilib. Bu səbəbdən əhalidə və hətta bəzi səhiyyə işçilərində belə ağciyər xəstəliklərinin yalnız vərəm mənşəli olduğu düşüncəsi qalıb. Digər tərəfdən, tənəffüs simptomları olan insanlar çox zaman pulmonoloq deyil, terapevt və ya kardioloqlara müraciət edirlər. Halbuki astma, axox, bronxektaziya, yuxu apnoesi kimi bir çox qeyri-vərəm mənşəli xəstəliklər də pulmonoloqun əsas sahəsidir. Pulmonologiyanın tanınması üçün həm səhiyyə sistemində, həm də cəmiyyət arasında maarifləndirmə çox vacibdir. Ağciyərlə bağlı problemləri ən doğru şəkildə qiymətləndirə biləcək həkim- pulmonoloqdur. Çünki bu sahənin təlimini almış, tənəffüs sistemini dərindən tanıyan və diaqnostika-müalicə metodlarında ixtisaslaşmış mütəxəssis məhz pulmonoloqdur.
Maraqlı müsahibə üçün Nigar xanım Əliyevaya təşəkkür edirik. 
Gundelik.az