ABŞ həqiqətən də İranla müharibəyə başlamaq istəməz, lakin Vaşinqton hələ də İranla hər hansı razılaşmadan uzaqdır.
Gundelik.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “The Free Press”ə müsahibəsində bildirib.
“Bunu demək kifayətdir ki, mən inanıram ki, ABŞ-nin başqa variantları var, lakin biz onun bu gərginlik həddinə çatmasını istəmirik (…). Biz İranla hər hansı razılaşmadan uzağıq və bunun çətin olduğunu başa düşürük. Və bu, təəssüf ki, tez-tez baş verir. Lakin Birləşmiş Ştatlar hamı üçün məqbul olan sülh yolu ilə nəticə əldə etməyə sadiqdir”, – o deyib.
Rubio həmçinin Tehranın ölkələr arasında mümkün razılaşmanın necə olacağına dair təsəvvürünə malik olduğuna şübhə etdiyini bildirib: “Çnki İranın ilk növbədə həll etməli olduqları daxili siyasi prosesləri var”.
Aprelin 12-də Omanın paytaxtı Maskatda ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqlar baş tutub. “Reuters”in məlumatına görə, görüşün əsas mövzusu İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində ona qarşı bəzi sanksiyaların yumşaldılması olub. Tərəflərin bölgədə gərginliyin azaldılması və əsirlərin dəyişdirilməsi imkanlarını müzakirə etdiyi də iddia edilir.
Gundelik.az
