İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Çindən maraqlarını pozan ölkələrə cavab veriləcəyi barədə XƏBƏRDARLIQ

Çin ABŞ ilə onun maraqlarına zərər vuran sövdələşmələr bağlayan bəzi ölkələrə müvafiq olaraq cavab verəcək.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin bəyanat yayıb.

“Xüsusilə qeyd etmək lazımdır ki, Çin hər hansı tərəfin Çinin maraqlarına zərər vuran sövdələşmələr aparmasına qəti şəkildə qarşıdır. Bu baş verərsə, Çin bunu heç vaxt qəbul etməyəcək və eyni dərəcədə qətiyyətli əks tədbirlər görəcək”, – bəyanatda deyilir.

Bəyanat ABŞ administrasiyasının Çinlə əlaqələrini məhdudlaşdırmaqla bağlı onlara təzyiq etmək üçün digər ölkələrlə tarif danışıqlarından istifadə etmək planlarına cavab olaraq verilib.

“İdeya ABŞ-nin ticarət tərəfdaşlarını Ağ Evin tətbiq etdiyi ticarət və tarif maneələrini azaltmaq müqabilində Çin iqtisadiyyatını təcrid etmək öhdəliyi götürməkdir”, – “The Wall Street Journal” daha əvvəl yazıb.

Çinin Ticarət Nazirliyi Çinin hüquq və maraqlarını qorumağa qadir olduğunu bildirib və beynəlxalq ticarətin “cəngəllik qanunu”na qayıtdıqdan sonra bütün ölkələrin qurbanlara çevriləcəyi barədə xəbərdarlıq edib.

Qurum əlavə edib ki, Çin təhdidlərə qarşı durmağa və beynəlxalq ədaləti müdafiə etməyə hazırdır.

Gundelik.az