İyul 8, 2026
Baku
Xəbərlər

Qızılın qiyməti tarixi maksimumunu yenilədi

Ardıcıl üçüncü gün yüksələn qlobal qızıl qiymətləri aprelin 11-də tarixi zirvəyə qalxaraq troya unsiyası üçün 3 235 dolları ötüb.

Gundelik.az bu barədə qlobal ticarət məlumatlarına istinadən xəbər verir.

Belə ki, bu gün bu əlvan metalın qiyməti 1,88 faiz artaraq 3 237 dollara bərabər olub.

Bir gündən az müddətdə qiymətli metalın bir unsiyası 100 dollar bahalaşaraq, əvvəlki rekord həddi – 3201 dollardan bir qədər yuxarı qalxıb.

Qeyd olunur ki, bu cür dinamika bazarlarda qeyri-müəyyənlik şəraitində davam edən satışlar fonunda dollarla ifadə olunan aktivlərdən xaricə axını əks etdirir.

Gundelik.az