İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri görüşəcək?

Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında Moskvada gözlənilən üçtərəfli görüşlə bağlı erməni mətbuatında yayılan məlumatları təkzib edib.

Gundelik.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

“Paşinyan, Putin və Əliyev arasında üçtərəfli görüş mayın 9-da planlaşdırılmır”, – Bağdasaryan dövlət xəbər agentliyinə – “Armenpress”ə  bildirib.

Bundan əvvəl, “Joqovurd” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Rusiya prezidenti mayın 9-da Moskvanda Qızıl Meydandakı paraddan əvvəl Paşinyan və İlham Əliyevlə görüşəcək.

Eyni zamanda Kreml məlumat vermişdi ki, martın 14-də Putinlə telefon danışığı zamanı Paşinyan Rusiya prezidentinin dəvətini qəbul etdiyini və mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak edəcəyini təsdiqləyib.

Gundelik.az