İyul 8, 2026
Baku
İqtisadiyyat

ABŞ-Çin “ticarət müharibəsi” – Rüsumlar “kəllə-çarxa” çıxarıldı

Pekin cümə günü ABŞ-dən gələn mallara əlavə rüsumlar tətbiq edildiyini elan edib.

Gundelik.az xəbər verir ki, bu barədə “Bloomberg” Çin Maliyyə Nazirliyinə istinadən yazır.

“Çin ABŞ-dən gələn bütün mallar üçün rüsumları 84%-dən 125%-ə qaldırır. Tədbir aprelin 12-dən qüvvəyə minəcək”, – “Bloomberg” qeyd edib.

“Bu tədbir ABŞ prezidenti Donald Trampın Çindən gələn mallara rüsumları artırmasından sonra atılıb”, – agentlik xatırladır.

“Bazarın artıq Çinə ixrac edilən Amerika mallarını indiki tarif səviyyələrində qəbul etmək imkanının olmadığını nəzərə alsaq, Amerika tərəfi daha sonra ABŞ-yə ixrac edilən Çin mallarına tariflər tətbiq etməyə davam edərsə, Çin tərəfi buna əhəmiyyət verməyəcək”, – Çin Maliyyə Nazirliyinin bəyanatında vurğulanıb.

Əvvəllər Amerika mediası Ağ Evə istinadən xəbər vermişdi ki, Amerika Çindən gələn mallara rüsumlar hazırda 145% təşkil edir.

Gundelik.az